Buzer İnşaat MMC 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Buzera markalı (boyalar, laklar və PVA tutkalı) məhsulların istehsalı və tikinti sahəsindəki fəaliyyəti ilə Azərbaycanda layiqli yerini tutmuşdur. Hündürmərtəbəli binaların, evlərin, villaların, idarə və müəssisələrin fasad işlərində, daxili suvaq və boya işlərində Buzera boyalarından istifadə edərək keyfiyyətli nəticələr əldə etmişdir.
Şirkət yüksək texnologiyalardan istifadə edərək boyaların ən həssas xüsusiyyəti olan rəngin 10 il ərzində solmamasına və divara vurulmasında müxtəlif proseslərdən istifadə edərək dayanıqlılığına nail olmuşdur.






